İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı

İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı
İQTİSADİYYAT
13:45 24.11.2025
1041
Son günlərdə işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəyi barədə "Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.

Sadə dildə desək, insanlar işləmədikləri halda niyə bu məbləği ödəməli olduqlarını anlamaqda çətinlik çəkirlər. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

AZXEBER.COM "Qafqazinfo” məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə əlaqə saxlayıb.

Komitə sədri saytımıza açıqlamasında bildirib ki, icbari tibbi sığorta sığortaların bir növüdür və məqsəd sığorta olunan şəxslərin sığorta hadisəsi baş verdikdə onlara dəyən zərərin, xəstəliyin və zədənin aradan qaldırılması üçün maliyyə təminatının yaradılmasıdır: "Əgər biz minik avtomobillərimizi, evlərimizi sığorta ediriksə və bu, icbari qaydada həyata keçirilirsə, həyatımızı niyə sığorta eləmirik? Dünyanın səhiyyənin icbari sığorta sistemində çalışdığı hər yerində müəyyən qrup insanları dövlət öz təminatına götürür, qalan şəxslər isə sığorta haqları ödəməklə, icbari tibbi sığorta haqqı əldə edirlər. Kimsə istəməsə ki, icbari sığorta ödəsin, özəl qaydada özəl klinikalarda müalicəsini ala bilər. Azərbaycanda da icbari sığorta qəbul olunanda sual yaranmışdı ki, bəs işləməyən şəxslərin sığorta məsələsi necə olacaq? O zaman cənab Prezidentin göstərişi ilə işləməyən şəxslər də bu kateqoriyaya daxil olundu”.

Musa Quliyevin sözlərinə görə, ilkin mərhələdə bu insanlara böyük güzəşt olundu: "Beləliklə, məşğulluğundan asılı olmayaraq, hər kəsə icbari tibbi sığortadan faydalanmaq imkanı yaradıldı. Amma bu, müvəqqəti keçid qayda idi. İndi "Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdən sonra gələn ildən dövlət qeydiyyatında olan şəxslər – uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla, formal və ya qeyri-formal işləyən şəxslər, yaxud qazanc mənbəyi məlum olmayan insanlar ayda 16 manat ödəməklə, icbari tibbi sığortadan yararlanmaq hüququ əldə edirlər. Bu, sosial ədalət prinsipinin qorunmasına xidmət edəcək. Yəni bir vətəndaş işləyirsə, yüksək əməkhaqqı alırsa, öz əməkhaqqısından yüksək icbari tibbi sığorta haqları ödəyirsə, digər vətəndaşlar niyə onun ödədiyi vəsaitdən özünün qatqısı olmadığı halda istifadə etməlidir? Bu suallar da cəmiyyətdə çıxa bilər”.

O əlavə edib ki, bu qayda məcburi deyil, amma ödəniş etməyən vətəndaşlar icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər.

Parlamentari vurğulayıb ki, bu baxımdan, ayda 16 manat sığorta haqqı ödənilməsi bir il ərzində özəl sektorda instrumental müayinənin, MRT və ya USM qiyməti qədər də deyil: "Yəni bu mənada 16 manat böyük vəsait deyil. Bu, eyni zamanda vətəndaşların əməkhaqlarının leqallaşdırılması, iş yerlərinin qeyri-formaldan formala keçirilməsi məsələsində də öz rolunu oynayacaq. Bu mənada bu, müsbət addımdır. Qanun qəbul olunduqdan sonra İcbari Tibbi Sığorta Agentliyi qaydaları müəyyənləşdirəcək. Bunun ən sadə mexanizmi hər kəsin öz poliklinikasına müraciət edərək sığorta kartı almasıdır və ya hesab açdırmaq, o hesaba da vəsaiti aybaay ödəməkdir. Yaxud da bir illik sığorta haqqını ödəmək də mümkün olacaq”.

Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi