İstanbul Aydın Universitetinin dəstəyi ilə “EduMaster 4.0 – Müəllim İnkişafı Proqramı” uğurla başa çatdı

İstanbul Aydın Universitetinin dəstəyi ilə “EduMaster 4.0 – Müəllim İnkişafı Proqramı” uğurla başa çatdı
SOSİAL
19:23 01.12.2025
120
"EduTime” Təhsil və İnkişaf Mərkəzi Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin dəstəyi ilə həyata keçirilən "EduMaster 4.0 – Müəllim İnkişafı Proqramı”nı uğurla yekunlaşdırıb.

Proqram məktəbəqədər, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafını hədəfləyən genişmiqyaslı onlayn təlim paketini əhatə edib. Müxtəlif pillə və fənlər üzrə fəaliyyət göstərən pedaqoqlar üçün aktual mövzularda interaktiv sessiyalar təşkil olunub.

Təlimlər "Təhsil psixologiyası və şagird motivasiyası”, "Təhsil prosesində qiymətləndirmənin yeni yanaşmaları”, "Effektiv dərs planlaşdırılması və vaxtın idarə edilməsi”, "Təhsildə tətbiq olunan süni intellekt dəstəkli texnoloji materiallar” mövzularını əhatə edib. Sessiyalar İstanbul Aydın Universitetinin təcrübəli müəllimləri — Vildan Saruhan, Sözer Kırca, Buket Karadağ və Devran Korkmaz tərəfindən aparılıb.

Azərbaycanlı müəllimlər təlim müddətində şagird davranışlarının psixoloji əsasları, motivasiya üsulları, sinifdaxili idarəetmənin effektiv modelləri, qiymətləndirmənin müasir metodları və innovativ texnoloji həllərin dərs prosesinə inteqrasiyası ilə bağlı dəyərli biliklər əldə ediblər. Proqram həmçinin süni intellektin tədrisdə tətbiqi, müəllim fəaliyyətinin optimallaşdırılması və zamanın idarə olunması kimi müasir pedaqoji istiqamətlər üzrə praktiki bacarıqların formalaşmasına töhfə verib.

Təlimlərdə iştirak edən müəllimlər proqramı yüksək qiymətləndirib, mövzuların aktuallığını, praktiki əhəmiyyətini və təlimçilərin peşəkarlığını xüsusi olaraq vurğulayıblar. Proqram çərçivəsində İstanbul Aydın Universitetinə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

"EduMaster 4.0”ın əsas məqsədi müəllimlərin peşəkar bacarıqlarını gücləndirmək, onların tədris prosesində daha innovativ, effektiv və müasir metodlardan istifadə etməsi üçün geniş imkanlar yaratmaqdan ibarətdir. Proqramın uğurlu icrası növbəti illərdə yeni əməkdaşlıq imkanlarına və inkişaf təşəbbüslərinə zəmin formalaşdırır.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər