İstanbul Kültür Universitetində Azərbaycanın tanıtım stendi açılıb - FOTOLAR

GƏNCLİK
17:00 06.05.2015
2156
Türkiyənin İstanbul Kültür Universitetində keçirilən Beynalxalq Gün çərçivəsində Azərbaycanın tanıtım stendi açılıb. Bu barədə Editor.az-a danışan təşkilatçı tələbə Fariz Vəliyev qeyd edib ki, stenddə Azərbaycanı xatırladan suvenirlər, fotolar nümayiş etdirilib. Eyni zamanda təbələlərə Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı yaradılıb. Fariz Vəliyev vurğulayıb ki, tanıtım zamanı Hüseyin İsayevin ifasında Azərbaycan rəqsləri ifa edilib.
Tanıtım stendini İstanbul Kültür Universtetinin Rektoru Sıddıka Semahat Demir, baş katibi Etham Tarhan, universitetin əcnəbi tələbələr təmsilçisi Cavid Qədirov, ÖKTEM jurnalının məsul əməkdaşı Meltem ZENGİN, İNDEX təşkilatının təmsilçisi Nərmin Balayeva ziyarət edib.
Fariz Vəliyev qeyd edib ki, Azərbaycan stendi qonaqlar tərəfindən maraqla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR