İstanbul sahilində zəlzələ olub

İstanbul sahilində zəlzələ olub
DÜNYA
08:59 13.05.2025
340
İstanbul sahilində 4,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində baş verib. Yerli vaxtla 07:18-də qeydə alınmış zəlzələnin ocağı 13,6 km dərinlikdə yerləşib. Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi isə zəlzələ maqnitudasının 3,8 olduğunu açıqlayıb. Agentliyə görə, seysmoloji hadisənin episentri şəhərin Büyükçekmece rayonunda 20 km cənubda yerləşib, ocağı isə 6,84 km dərinlikdə olub. 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR