İstanbulda bu gecə və sabah güclü yağışların davam edəcəyi gözlənilir.
AZXEBER.COM xəbər verir ki, İstanbul valisi Davut Gül yağıntılarla əlaqədar sakinlərə ehtiyatlı və tədbirli olmaq barədə xəbərdarlıq edib.
Vali vətəndaşlara zərurət olmadıqca evdən çıxmamağı və şəxsi avtomobillərlə yollara çıxmaqdan çəkinməyi tövsiyə edib.
O, həmçinin su basma riski olan zirzəmilərdə və ərazilərdə qalmamağa, su yığıntılarından, çay yataqlarından və su basmış yeraltı keçidlərdən uzaq durmağa çağırıb.
Davut Gül torpaq sürüşməsi riski olan ərazilərdən və həmin ərazilərdə yerləşən binalardan da uzaq durmağın vacibliyini vurğulayıb.










































