İstanbulda bir gündə 2 partlayış: ölən var (VİDEO)

DÜNYA
00:33 07.01.2015
1508

Terrorçu qadının bütün hərəkətləri müşahidə kameralarına düşüb

İstanbulda birinci terror aktını törədən qadının görüntüləri yayılıb.ANS PRESS-in məlumatına görə, həmin qadın müşahidə kameralarına düşüb.Videoda görünür ki, qadın özünü partlatmamışdan əvvəl ətrafı dolaşır. Daha sonra polis şöbəsinə yaxınlaşır. Partlayışdan sonra bir polis küçəyə çıxaraq havaya atəş açmağa başlayır.Qeyd edək ki, terrorçu İstanbulda "Sultanahmet" polis şöbəsi önündəki polis köşkündə özünü partladıb. Partlayışdan biri ağır olmaqla 2 polis əməkdaşı yaralanıb. Daha sonra polislərdən biri ölüb.Bundan bir neçə saat sonra İstanbulda yenidən terror həyəcanı yaşanıb. Belə ki, birinci partlayışın baş verdiyi yerin yaxınlığında paket aşkarlanıb.Araşdırmalar zamanı məlum olub ki, paketin içində partlayıcı olub. Polis təhlükəsizliyi təmin etmək üçün tədbirlər görüb.Rəsmilər vətəndaşları ehtiyatlı olmağa çağırdı.

OXŞAR XƏBƏRLƏR