Türkiyədə İstanbul boğazında sahildəki malikanə körpüsünə çırpılan sürət qayığı batıb.
Göyərtəsində 3 nəfərin olduğu bildirilən sürət qayığı bu gün səhər saatlarında idarəetməni itirərək, sahil körpüsünə dəyib. Göyərtədə olanlardan biri üzərək sahilə çıxmaqla xilas olub. Digər iki nəfərin isə dənizdə batdığı ehtimal edilir.
AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, hadisə yerinə Dəniz polisi, Sahil-Mühafizə Xidmətinin əməkdaşları və səhiyyə işçiləri cəlb ediliblər. Dənizdə yoxa çıxan iki nəfərin axtarışlarına başlanılıb.