İstanbulda öldürülən azərbaycanlı qız toyuna hazırlaşırmış - TƏFƏRRÜAT - FOTO

İstanbulda öldürülən azərbaycanlı qız toyuna hazırlaşırmış - TƏFƏRRÜAT - FOTO
Bütün Xəbərlər
15:27 11.05.2012
2892
Böyüklərin uşaqların davasına qarışması ana və qızının ölümünə səbəb olub Türkiyədə azərbaycanlı ana və qızının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Qaziosmanpaşa bölgəsində baş verib. Azərbaycan vətəndaşı olan 22 yaşlı Günay Hüseynzadə binanın həyətində 9 yaşlı qardaşının qonşuluqda yaşayan həmyaşıdı ilə dalaşdığını görüb. O, qonşuluqda yaşayan oğlanın bacısını (T.C) çağırıb və qardaşını yığışdırmasını istəyib, qızlar mübahisə ediblər. Daha sonra mübahisə binanın blokunda davam edib və işə uşaqların anaları Reyhan Nəcəfova və Tuğba.C də qarışıb. Mübahisə dava-dalaşa keçib və R.Hüseynzadə qonşuluqda yaşayan qadına yumruqla vurub. Anasının yumruq yeməsinə dözməyən T.C isə üzərindəki bıçaqla R.Hüseynzadəyə hücum edib, qadının sinə nahiyəsinə bir neçə zərbə vurub. Anasını qan içində görən Günay çığır-bağır salmağa, qonşuları köməyə çağırmağa başlayıb. T.C isə vaxt itirmədən 22 yaşlı qızı da bıçaqlayıb, onun boğaz və sinəsinə çoxsaylı zərbə endirib. Qonşular gəlinədək isə aradan çıxıb. Yaralı həmyerlilərimiz ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb. T.C bir qədər keçdikdən sonra polisə təslim olub. Qızın anası Tuğba.C da həbs edilib. Azərbaycan vətəndaşı olan Reyhan Nəcəfova ikinci dəfə ailə qurub. Onun ilk həyat yoldaşından Günay adlı qızı dünyaya gəlib. 9 yaşlı oğlu isə ikinci həyat yoldaşından olub. Hadisə baş verən vaxt isə sürücü işləyən ailə başçısı Ankarada iş başında olub. Məlumata görə, qətlə yetirilən G.Hüseynzadə bir neçə ay əvvəl nişanlanıb və yaxın günlərdə toyu olacaqmış. O, dünən axşam Azərbaycana gəlmək və burada sənədlərini yerbəyer etmək üçün bilet də alıbmış. O, həm də anası ilə birlikdə Qaziosmanpaşadakı tikiş fabrikində işləyirmiş. Fabrikin müdiri “habertürk”ə deyib ki, azərbaycanlıları bir müddət əvvəl işə götürüb və onlar nümunəvi-sakit işçilərdən olub: “Reyhan axşamadək (Azərbaycan saatı ilə) işdə olub. Evə gedəndən bir az sonra qızı ilə birgə yaralandığını və xəstəxanaya aparıldığını eşitdik”. Hadisəni törədən 17 yaşlı T.C-nın sinif yoldaşları onun məktəbə davamiyyətinin zəif olduğunu deyiblər. Sinif yoldaşları deyib ki, T.C 6-cı sinifdən sonra məktəbi atıb, pis vərdişlərə meyllənib. Polis tərəfindən yaxalanaraq idarəyə gətirilən qızın anası Tuğba C. isə hadisəni belə təsvir edib: “Yoldaşım həbsdədir. Mən anamla birgə qalırdım. O gün bir az xəstə olduğum üçün öz evimdə idim. Qızım isə məktəbdə tətil olduğuna görə evdə idi. Uşaqlar həyətdə oynamaq istədilər. Mən də icazə verdim. Evdə 4 yaşlı oğlum qaldı. Çox keçmədən qızım qayıtdı. Beş dəqiqə keçməmişdi ki, qapı döyüldü, Reyhan “uşağın mənim uşağımı döyüb” deyərək üstümə atıldı. Biri saçımdan tutmuşdu, o biri isə yumruqla vururdu. Bir anda qan damcılarını gördüm. İçəri girəndə qızım yerində donub qalmışdı”.
OXŞAR XƏBƏRLƏR