İstanbulda "Türk dünyasının ortaq media məkanı: rəqəmsal inteqrasiya və yeni imkanlar” mövzusunda Türk Dilli Jurnalistlərin VII Beynəlxalq Media Forumu keçirilib.

AZXEBER.COM xəbər verir ki, Qazaxıstan Türk Dilli Jurnalistlər Vəqfi və Qazaxıstan Qadın Jurnalistlər Klubunun təşkilatçılığı ilə baş tutan tədbirdə türk dövlətləri və Avropa ölkələrindən media nümayəndələri iştirak ediblər.

Açılışda təşkilatçı qurumların rəhbəri Naziya Bissenova forumun jurnalistlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq media layihələrinin hazırlanmasına xidmət etdiyini bildirib.

"İnformasiya təhlükəsizliyi və yeni inteqrasiya modelləri” panelinə "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər moderatorluq edib. Paneldə "İnter Media Brussels”in qurucusu Yusuf Cinal ortaq informasiya məkanının strateji imkanlarından, Almaniyada nəşr olunan "Öztürk” qəzetinin qurucusu Adnan Öztürk beynəlxalq media əməkdaşlığının yeni modellərindən danışıb. Türkiyə Jurnalistlər Cəmiyyətinin sədr müavini Sibel Günəş isə süni intellekt dövründə media problemlərinə toxunub.

Moderator Aqil Ələsgər türk dövlətləri arasında birbaşa xəbər mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb: "Türk dünyası haqqında xəbərin mənbəyi türk dünyasının özü olmalıdır. Bunun üçün ortaq xəbər şəbəkəsinə, birgə redaksiya layihələrinə və davamlı əməkdaşlığa ehtiyac var”.

Fügen Toksünün moderatorluğu ilə keçirilən ikinci paneldə "Arnica”nın İdarə Heyətinin sədri Senur Biçer, "Nasıl Bir Ekonomi”nin Yayın Şurasının sədri Şeref Oğuz, Yaradıcı Sənayelər Şurası Dərnəyinin sədri Sertaç Ersayın və Avrasiya Mədəniyyət və İdman Əməkdaşlığı Dərnəyinin sədri Ahmet Tüzün çıxış ediblər. Müzakirələr ortaq türk markasının yaradılması, brendləşmə, yaradıcı sənayelər və turizm imkanlarına həsr olunub.

Regional medianın iqtisadi dayanıqlılığına həsr olunan üçüncü panelə "Haberci” qəzetinin məsul redaktoru Hediye Eroğlu moderatorluq edib. "Kuzguncuk Varlık” qəzetinin qurucusu Engin Şenol, "Almatı TV”nin baş prodüseri Ralida Mukhanova, "Kyzylzhar-Akparat” media holdinqinin direktoru Erbakıt Amantayoğlu və Sakarya Universitetinin müəllimi Gürkan Kılıç rəqəmsal transformasiya, reklam gəlirləri və birgə media layihələri barədə fikirlərini bölüşüblər.

Yekunda xatirə şəkli çəkilib və növbəti forumun Brüsseldə keçiriləcəyi açıqlanıb.