İstanbulda beynəlxalq Xəzər forumunun başa çatmasından sonra türk ölkələrinin mədəni, siyasi və ictimai sahəsinin inkişafına xüsusi töhfə verən insanlara "Xəzər mükafatı"nın təqdima edilmə mərasimi keçirilib.
Aşağıdakı nominasiyalar üzrə mükafatlar təqdim edilib. İlin incəsənət adamı - Anjelika Axbar İlin idmaçısı - nazmiyyə Muslu İlin alimi - Svante Kornell İlin dövlət xadimi - Rəcəb Tayyip Ərdoğan İlin layihəsi - TANAP. Mükafat SOCAR-ın rəhbəri Rövnəq Abdullayevə və Türkiyənin enerji və təbii ehtiyyatlar naziri taner Yıldıza təqdim edilib.
Xatırladaq ki, İstanbulda beynəlxalq Xəzər forumu işini başa vurub. Tədbirdə Türkiyənin baş nazirinin müavini Bəkir Bozdaq, enerji və təbii resurslar naziri Taner Yıldız, ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts, Azərbycan Prezident Administrasiyasının Ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini Xələf XƏləfov, SOCAR prezidenti Rövnəq Abdullayev, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, aparıcı ekspertlər və politoloqlar iştirak ediblər.