İstanbulda 'Xocalı həftəsi' başa çatdı - FOTOLAR

GƏNCLİK
00:10 01.03.2013
2884

“İslahatçı Gənclər” İctimai Birliyinin “Türk Ocaqları” İstanbul şöbəsi Gənclik Qolları ilə birgə 20-26 fevral tarixlərində İstanbulda keçirdiyi “Xocalı həftəsi” başa çatıb. Bu barədə məlumat verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, həftəlik çərçivəsində keçirilən tədbirlər türk ictimaiyyətinin geniş marağına səbəb olub.

KOCAV-da baş tutan ilk tədbirdə Karabük universitetinin elmi işçisi Gökmen Kılıcoğlu, Qaziosmanpaşa universitetinin elmi işçisi Sərkan Kekevi, “Türk Ocaqları” İstanbul şöbəsi Gənclik Qolları başqanı Almıla Maraş, İstanbul universitetinin Hüquq fakültəsinin tələbəsi Zemfira Əliyeva çıxış edərək, Xocalı dəhşətlərindən danışıblar.

Növbəti toplantı Bakırköy Yunus Əmrə Kültür Mərkəzində reallaşıb. Toplantıda AKP millət vəkili Mustafa Kabakçı, professorlar Okan Yeşilot, Halil Bal, İstanbul Gənclik Federassiyasının başqanı Alpay Gürel və Türk Ocaqları İstanbul şöbəsi başqanı Cezmi Bayram Xocalı soyqırımının bütün türk dünyasının ortaq dərdi olduğunu bildiriblər.

Daha bir panel Türk Ədəbiyyat Vəqfində baş tutub. Paneldə Vəqfin başqanı Servet Kabaklı, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova çıxış edərək, erməni vəhşiliyindən bəhs ediblər. Tədbirdə tanınmış şairə Nürəngiz Günün “Xocalı simfoniyası” filmi nümayiş etdirilib.

Həftəlik çərçivəsində daha bir tədbir Türkiyə-Azərbaycan Yazarlar və Qəzetçilər Vəqfi (TAGYAP) ilə birgə Bayrampaşa bələdiyyəsində baş tutub. Tədbirdə professor Okan Yeşilot, Türkiyənin tanınmış jurnalistlərindən olan İbrahim Baran, TAGYAP sədri Bahadur Açıkel və Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova iştirak ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən toplantıda türk dünyasının Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində birgə addımlarının vacibliyindən danışılıb.

Daha bir görüş İstanbul Barosunda (Vəkillər Bürosunda) tanınmış türkiyəli jurnalist, Qarabağ və Xocalı ilə bağlı bir neçə reportajın müəllifi Banu Avarla keçirilib. Yüzlərlə gəncin qatıldığı toplantıda Banu Avar Xocalı ilə bağlı təəssüratlarını gənclərlə bölüşüb.

Həftəliyin bağlanış mərasimi “Türk Ocaqları” İstanbul şöbəsində baş tutub və toplantıda son olaraq çıxış edən, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, “Türk Ocaqları” İstanbul şöbəsi Gənclik Qolları başqanı Almula Maraş, “İstanbul” universitetinin tələbəsi Zemfira Əliyeva, “İslahatçı Gənclər” İctimai Birliyinin sədr müavini Tural Əliyev, mədəniyyət katibi Aynişan Quliyeva, !Qarabağ Gəncləri İctimai Birliyinin sədri Altun Əliyev yekun nitqi söyləyiblər.

Həftəlik çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova Türkiyənin nüfuzlu “AHaber”, “Kanal 24”, “ON4” televiziyalarında Xocalı ilə bağlı canlı yayımda çıxış ediblər.

Bütün tədbirlər Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi və Heydər Əliyev Fondunun Xocalı ilə bağlı çəkdiyi filmin nümayişi ilə müşaiyət olunub.

OXŞAR XƏBƏRLƏR