İstanbuldan Yerevana gizli uçuşlar həyata keçirilir - ARAŞDIRMA

İstanbuldan Yerevana gizli uçuşlar həyata keçirilir - ARAŞDIRMA
Bütün Xəbərlər
09:10 25.11.2014
4619
Son günlər Türkiyə - Ermənistan münasibətlərinin istiləşməsi bu iki ölkədə olduğu kimi Azərbaycanda da yaxından izlənilir. 
Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşaviri təyin etməsi, ardınca Ankara Universitetində reallaşan “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” konfransını bəzi ekspertlər bu iki ölkə arasındakı diplomatik münasibətlərin normallaşması isitqamətində atılan addım kimi dəyərləndirir. 
AZXEBER.COM-a daxil olan məlumata görə, bu günlərdə bir qrup jurnalist Türkiyədən Ermənistana reportaj hazırlamaq məqsədilə səfər edib. Ən maraqlısı isə odur ki, onların bu səfəri İstanbul Atatürk Havalimanından birbaşa reyslə həyata keçirilib. 
Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, İstanbuldan Yerevana uçuş həyata keçirən şirkət "AtlasJet" imiş. Uçuş hər həftənin bazar günü axşam saatlarında həyata keçirilir. 
Maraqlıdır ki, AtlasJet şirkətinin rəsmi saytında bu haqda məlumat yerləşdirilməsə də, şirkətin İstanbuldakı ofislərində Yerevana bilet satılır. Biletin qiyməti isə 450 dollardır. Həftədə 1 dəfə həyata keçirilən uçuşu Türkiyə tərəfindən AtlasJet, Ermənistandan isə ArmAvia şirkəti həyata keçirir. 
Bu haqda məlumat Ermənistanın news.am saytında 19 iyun tarixində yerləşdirilib. Link: https://news.am/tur/news/214905.html
Portalımızın əməkdaşı İstanbulun mərkəzi Atatürk hava limanında olub və tabloda uçuşu əks etdirən şəkil çəkib. Görüntüdən də bəlli olur ki, sərnişinlərə xəbərdarlıq edilir ki, Türkiyə vaxtı ilə saat 23:45-də Atlas Jet aviaşirkətinə məxsus KK6500 saylı reys İstanbuldan Yerevana yola düşəcək. Özü də, təyyarəyə bilet alan sərnişinlər üçün çıxış qapı olaraq 206-cı qapı göstərilib.
İstanbul Hava limanından AZXEBER.COM-a verilən məlumata görə, AtlasJet aviaşirkəti Yerevana daimi reyslər həyata keçirir və sonuncu təyyarə bu istiqamətdə 22 noyabr tarixində havaya qalxıb. Yəni bazar günü. Bu uçuşlar hər bazar günü həyata keçirilir və daimi xarakter daşıyır.
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR