İstanbulun mərkəzində minlərlə Azərbaycan bayrağı dalğalandırıldı - FOTOLAR

Bütün Xəbərlər
15:30 29.05.2015
2202

Bu gün İstanbulun Taksim meydanında Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun dəstəyi və ölkəmizin bir sıra aparıcı KİV-nin ( Yenicag.az, Aznews.az, Ölkə.az, Azxeber.com, Editor.az, Hocalihaber.com) təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş Azərbaycan stendi açılıb və bayraq aksiyası keçirilib. İstiqlal prospektindəki tarixi Qalatasaray liseyinin önündə baş tutan aksiya “Bayrağınla yüksəl Azərbaycan” şüarı ilə baş tutub.

Tədbirdə İstanbulda yaşayan tanınmış azərbaycanlılar, bu şəhərdə təhsil alan gənclər, iş adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə aksiyanın təşəbbüskarı, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər açaraq, Respublika gününün tarixçəsindən və müasir Azərbaycanın inkişaf mərhələlərindən danışıb.

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası başqan müavini Mətin Özər, “Qlobal Karyer” İnstitutunun direktoru Orxan Həsənoğlu, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, Hocalıhaber.com saytının baş redaktoru Kəbutər Haqverdi, tanınmış jurnalist Əfsələddin Ağalarov və digər qonaqlar çıxış edərək, tarixi günün əhəmiyyətindən, Azərbaycanla Türkiyə münasibətlərindən danışdılar.

Daha sonra minlərlə bayraq və Azərbaycanla həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Bakı 2015 I Avropa Oyunları ilə bağlı disk, kitab, broşura və bukletlər paylanılıb.

Qeyd edək ki, tədbir “Xalq City” MMC-nin dəstəyi ilə baş tutub.

Aksiyada İstanbul Azərbaycan Gənclər Platformu da iştirak edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025