AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi istehsalçılar marketinq məqsədilə qablaşdırmada bulaq təsvirlərindən, dağ mənzərələrindən və oxşar ifadələrdən istifadə edərək alıcılarda məhsulun təbii bulaq suyu olması ilə bağlı təəssürat yaradır. Lakin çoxu filtrasiya edilmiş kran suyudur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov aidiyyəti qurumların bu məsələdə mütəmadi monitorinq keçirməsini vacib sayır.
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, agentlik tərəfindən mütəmadi olaraq həyata keçirilən dövlət nəzarəti tədbirləri çərçivəsində, müxtəlif adlar altında satılan qablaşdırılmış su məhsullarından laborator müayinələr üçün nümunələr götürülür.
Agentlik həmçinin vətəndaşlara qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə "1003-Çağrı Mərkəzi"nə məlumat verməyi tövsiyə edir.











































