“İstəklərimə cavab verən yoxdur” – 49 yaşlı Mənzurə Musayeva - VİDEO

“İstəklərimə cavab verən yoxdur” – 49 yaşlı Mənzurə Musayeva - VİDEO
MAQAZİN
14:20 24.02.2020
7216
ARB TV-nin "Səhər-Səhər”  verilişinin növbəti qonaqlarından biri Mənzurə Musayeva olub.

Ailə həyatından, boşanmasından danışan müğənni tənhalıqdan darıxdığını sevmək istədiyini etiraf edib:

"Bizim sənətimiz elədir ki, gedirik işə, gəlib yorğun oluruq, düşünməyə vaxtımız olmur. Mən həmişə istəmişəm ki, yorğun olum gəlim yatım. İş olmayanda adam tənhalıqdan darıxır. Hər şey mənasız gəlir mənə.

İndi istəyirəm bir az sevim, görürəm ki, qarşı tərəf hələ də mənə uyğun deyil. Mənim istəklərimə cavab vermir qarşı tərəf. İnsan hər işlərini özü həll edir, amma mənəvi bir məsələ var ki, adam dərdini danışmağa adam axtarır, həmdəm olmağa insan axtarır”.
 

OXŞAR XƏBƏRLƏR