"İstəməzdim məni sadəcə bilet satmaq üçün teatra dəvət etsinlər" - Əməkdar artist

"İstəməzdim məni sadəcə bilet satmaq üçün teatra dəvət etsinlər" - Əməkdar artist
MAQAZİN
12:28 13.05.2026
193
"Ruhumla yaşım bir-birinə uyğun gəlmir".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Gün ortası" verilişində Əməkdar artist Rafael İsgəndərov deyib.
 
"Mənim ruhumda dəniz altında ovlanmaq, idman, səyahət etmək, dəniz qırağında və ya dağlarda çadır qurub yaşamaq var. Görürəm ki, yaşımla ruhum üst-üstə düşmür. Artıq bu mərhələdəyəm. Daha çox sənətlə baş qatmaq qistəyərdim amma, əfsus ki, bunu edə bilmirəm. İl keçdikcə passivləşmə gedir. İldə iki konsertimiz olur, o da əvvəlki kimi olmur. Artıq o yaşdayam ki, sənətdə başqa işlər görmək lazımdır. Bəzən də düşünürəm rejissorluq edim, və ya hansısa filmə çəkilim. Çox istərdim ki, idmana, dağa-dərəyə vaxtım olmasın, çəkilişlərdə olum, amma..."
 
Əməkdar artist teatr arzusundan da danışıb:
 
"Müsahibələrimin birində demişdim ki, teatrda aktyor kimi fəaliyyət göstərmək istəyərəm. Amma kassaya görə yox... İstəməzdim məni sadəcə bilet satmaq üçün rola dəvət etsinlər. Gərək rejissor desin ki, səni bu rolda görürəm, oynayarsan? O zaman məmnuniyyətlə teatr səhnəsinə də çıxaram".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR