İsti havada idman edənlərə xəbərdarlıq: Bu 5 səhvi etməyin

İsti havada idman edənlərə xəbərdarlıq: Bu 5 səhvi etməyin
MARAQLI
19:50 10.08.2026
152
Yüksək temperatur idman zamanı performansa mənfi təsir göstərə bilər. Mütəxəssislər isti havalarda məşq edənləri bir sıra səhvlərdən uzaq durmağa çağırıb.

Mütəxəssislər isti havalarda idman zamanı yol verilən 5 əsas səhvi açıqlayıb.

1. Qısa müddətdə həddindən artıq yüklənmək

Mütəxəssislər isti havalarda məşqin intensivliyini və müddətini azaltmağın faydalı ola biləcəyini bildiriblər. Temperatur aşağı olarkən göstərilən performansı isti havada da nümayiş etdirməyə çalışmaq düzgün deyil. Ürək döyüntüsünün tədricən artırılması tövsiyə olunur.

2. Günün ən isti saatlarında məşq etmək

Havanın temperaturu 30-35 dərəcəyə çatdıqda açıq havada idmandan mümkün qədər uzaq durmaq məsləhətdir. Bunun əvəzinə səhərin erkən saatlarında məşq etmək və ya axşam havanın sərinləşməsini gözləmək daha məqsədəuyğundur.

3. Yalnız məşq zamanı su içmək

Bildirib ki, maye qəbulunu yalnız idman zamanı həyata keçirmək kifayət deyil. Çünki bu zaman orqanizm artıq susuz qala bilər. Gün ərzində kifayət qədər su içmək və məşqə susuz başlamamaq vacibdir.

4. Bədən soyumadan yemək yemək

İsti havada məşqdən dərhal sonra yemək yemək də tövsiyə edilmir. Məsələn, 30 dərəcə temperaturda qaçışdan sonra bədənə əvvəlcə bir qədər soyumaq üçün vaxt vermək, daha sonra su içmək və qidalanmaq məsləhətdir.

5. Bədənin xəbərdarlıq siqnallarına məhəl qoymamaq

Başgicəllənmə, ürəkbulanma, halsızlıq və ya huşunu itirəcəkmiş kimi hiss etmək ciddi xəbərdarlıq əlamətləridir. Belə vəziyyət yarandıqda məşqin tempini dərhal azaltmaq və idmanı dayandırmaq lazımdır.
 
///Axşam.az 
OXŞAR XƏBƏRLƏR