İstirahət günlərində 80 cinayət faktı qeydə alındı

İstirahət günlərində 80 cinayət faktı qeydə alındı
Bütün Xəbərlər
17:46 15.04.2013
734

Respublikanın daxili işlər orqanları tərəfindən ötən şənbə və bazar günləri ərzində 80 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, onların da 47-si “isti izlər”lə açılıb.

Həmçinin ötən günlərdən bağlı qalmış 19 cinayətin üstü açılıb.Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.12 yanğın hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.Cinayət törətdiklərinə görə 48 nəfər tutulub.

OXŞAR XƏBƏRLƏR