İstirahət günlərində ölkədə hava necə olacaq?

İstirahət günlərində ölkədə hava necə olacaq?
Bütün Xəbərlər
14:44 23.11.2012
1252
Sabah paytaxt ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 24-nə keçən gecə yarımadanın bəzi yerlərində hava şəraitinin çiskinli olacağı ehtimalı var. Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında noyabrın 24-də bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-10, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR