İstirahət günü 33 dərəcə isti olacaq

İstirahət günü 33 dərəcə isti olacaq
Bütün Xəbərlər
14:05 08.06.2013
863
İyunun 7-9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimal-qərb küləyinin iyunun 07-08-də güclənəcəyi gözlənilir.İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gün ərzində, əsasən, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR