İstirahət günü Bakıya yağış yağacaq

İstirahət günü Bakıya yağış yağacaq
Bütün Xəbərlər
16:25 04.10.2014
1163

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah hava şəraiti yağışlı keçəcək. 

Bakıda və Abşeron yarımadasında         

Oktyabrın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Oktyabrın 05-də arabir yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

 

OXŞAR XƏBƏRLƏR