İstirahət mərkəzində atraksion aşdı - Məktəblilərdən ölən və yaralananlar var

İstirahət mərkəzində atraksion aşdı - Məktəblilərdən ölən və yaralananlar var
Bütün Xəbərlər
16:56 23.05.2014
5236
Qobustan rayonunda faciəvi hadisə baş verib
APA-nın xəbərinə görə, hadisə Qobustan rayonunun “Bağbağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi atraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR