İsveçdə həmvətənlərimizin velosipedləri oğurlandı

İsveçdə həmvətənlərimizin velosipedləri oğurlandı
Bütün Xəbərlər
23:49 02.08.2013
1189

Korporativ Sosial Məsuliyyət dəyərinin təbliği məqsədi ilə təşkil olunmuş KSM velosiped turunun iştirakçıları Stokqolm şəhərində velosipedsiz qaldılar. Hadisə “CSR World Velo Tour” layihəsində 5-ci ölkə olan İsveçin “Mıcra” otelində qeydə alınıb. Həmyerlilərimiz dərhal polisə müraciət ediblər. Hal-hazırda araşdırma aparılır.

Xatırladaq ki, İyulun 17-də KSM Azərbaycan şirkəti “Feel the world -Dünyanı hiss edək” şüarı altında “CSR World Velo Tour” layihəsinə start verib. Məqsədi bütün diqqətləri dünyada baş verən korporativ sosial məuliyyət məsələrinə cəlb etmək olan “simvolik” velotur aşağıdakı ölkələrdə keçirilməlidir:

Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveç, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Misir və Azərbaycan.

Layihənin və KSM Azərbaycan şirkətinin rəhbəri Rəşad Camalın söylədiklərinə görə, layihə idman xarakteri danşımır, turda istənilən şəxs iştirak edə bilər. “ Əsas niyyət və ideyyadır. Bizim niyyətimiz isə bir aylıq da olsa yerli KİV, şirkətlər və insanların diqqətini bu mühim mövzuya cəlb etməkdir. Dünya turuna çıxmaq məqsədimiz isə nəyinki yerli hətta əcnəbilərin də diqqətini cəlb etməkdir” Rəşad Camal qeyd edib. Nəzərinizə çatdıraq ki, KSM veloturunda Rəşad Camal və Kamran Məmmədzadə iştirak edir. Hər bir şəhərdə velosipedlə qət ediləcək məsafə 40 km-dir. Dünyaya bir mesaj xarakteri daşıyan “CSR World Velo Tour” layihəsində istənilən şəxs iştirak edə bilər.

Bunun üçün www.csrworldvelotour.com saytında qeydiyyatdan keçməli və ya özü haqqında məlumatları [email protected]/* */ saytına göndərərək yuxarıda göstərilən ölkələrin hər hansı birində iştirakçılara qoşulmalıdırlar.

«CSR World Velo Tour» layihəsinin reallaşmasında GAZELLI Group, Simbrella və United Sport şirkətlərinin dəstəyi böyükdür. Texniki dəstək isə MobiTel şirkətinə məxsusdur.

OXŞAR XƏBƏRLƏR