BAKU AZƏRBAYCAN
8°C
euro 1.8473
dollar 1.7000
rubl 0.0225
lirə 0.2509

İt meydana girərək oyunu dayandırdı - VİDEO

İt meydana girərək oyunu dayandırdı - VİDEO
İDMAN
22:32 18.02.2020
6746
VİDEO" />
Futbol üzrə Türkiyə I liqasının XXII turunda keçirilən "Fatih Karagümrük" - "Giresunspor" oyununda maraqlı hadisə baş verib.

Matçın gedişində meydana daxil olan it oyunun dayanmasına səbəb olub.

Meydan sahiblərinin futbolçusu cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topu heç kimə vermək istəməyən "dəvətsiz qonağ"ı futbolçular aldadaraq meydandan çıxarsalar da, o, yenidən geri qayıdıb. Bu dəfə "Fatih Karagümrük" klubunun kapitanı iti qucağına alaraq meydanın kənarına aparıb. Üçüncü dəfə meydana daxil olan it sonda mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR