İtaliyada 100-dən çox məktəbdə bomba həyəcanı: Təxliyə başladı

İtaliyada 100-dən çox məktəbdə bomba həyəcanı: Təxliyə başladı
DÜNYA
14:59 11.11.2026
59
İtaliyada 100-dən çox məktəbə bomba təhdidi ilə bağlı anonim elektron məktub göndərilməsi ölkə üzrə narahatlığa səbəb olub. Təhdidlərdən sonra bir sıra təhsil müəssisələrində təxliyə tədbirləri həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Rainews24” telekanalı məlumat yayıb.

Bildirilib ki, son həftələrdə ölkədə supermarketlərin soyuducu sistemlərinə qarşı kiberhücumlar və təyyarələrə dair əsassız bomba xəbərdarlıqları qeydə alınıb. Bu gün isə ölkə üzrə 100-dən çox məktəb bomba həyəcanı ilə üzləşib.

"Mikhail Andropov” imzası ilə göndərilən elektron məktubda bəzi məktəblərdə bomba olduğu iddia edilib. Bu səbəbdən çoxsaylı təhsil müəssisələri boşaldılıb. Təhdid məktubunu alan məktəblərdə müvafiq yoxlamalar aparılıb.

Bomba həyəcanı paytaxt Romada da qeydə alınıb. Şəhərin Appio-Tuscolano rayonundakı bir sıra məktəblər və yaxınlıqda yerləşən uşaq bağçaları təxliyə edilib.

Müxalifətdəki Beş Ulduz Hərəkatının (M5S) deputatı Luka Pirondini hadisənin ciddi təhlükə siqnalı olduğunu bildirib. O, daxili işlər naziri Matteo Piantedosini parlamentdə məsələ ilə bağlı məlumat verməyə çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR