xari

İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”

SİYASƏT
13:37 01.12.2020
243
İtaliyanın "Radio Radicale” radiosu ilə "Vento Associati” beyin mərkəzinin təşkil etdiyi "Dağlıq Qarabağda sülh: Diplomatik atəşkəs və ya davamlı sülh” adlı tədbirdə çıxış edən İtaliya Parlamentində "İtaliya Qardaşları” partiyasından olan senator, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistandan 250 min və Azərbaycan ərazilərindən isə 750 min olmaqla ümumilikdə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

"Beynəlxalq ictimaiyyət tərəfindən, xüsusilə də ATƏT-in Minsk Qrupunun daxilində Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələli şəkildə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin təmin olunmasını, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsini ehtiva edən həll variantı hazırlansa da, təəssüf ki, Ermənistan bu həll variantından imtina etmiş və yalnız müharibənin nəticəsi olaraq Ermənistan bu həllin həyata keçirilməsinə məcbur edilmişdir”, - deyə senator qeyd edib.  

İtalyan parlamentari vurğulayıb ki, Qafqazda son müharibə sülhün olmamasının dramatik nəticəsidir. Əgər Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönməsinə mane olmasaydı müharibə baş verməzdi.

"Bu münaqişədə BMT qətnamələri və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan haqlı tərəfdir”,-  deyə senator bildirib. 

OXŞAR XƏBƏRLƏR