İtalyan qəhvəsi sevənlər üçün xoş bir sürpriz.
AZXEBER.COM-un məlumatına görə, tezliklə Bakıda dünyaca məhşur Lavazza qəhvə brendi ilk kafesini açır. Lavazzamarkası 1895-ci ildə təsis edilib və onun yaradıcısı Luici Lavazzanın adını daşıyır.
Lavazza, dünyanın qəhvə bazarında lider olmaqla yanaşı, İtaliyanın vizit kartı hesab olunur. Lavazza bu gün, 90 ölkədən çox fəaliyyət göstərən dünya şöhrətli bir brend və kafeler şəbəkisidir. 2007-ci ildə şirkət yeni bir layihə yaratmışdır - LAVAZZA ESPRESSION layihəsi.
LAVAZZA ESPRESSION əla keyfiyyətli İtalyan qəhvəsi və unudulmaz bir abu hava deməkdir. Dünyanın ən yaxşı 10 aşbazı siyahısına daxil olan Ferran Adria ilə əməkdaşlıqla yaradılan müxtəlif qəhvə və yemək çeşidləri indi Bakı sakinlərinə də təqdim olunacaq.