İtinin ölümünə dözməyən aktyor intihar etdi - FOTO

İtinin ölümünə dözməyən aktyor intihar etdi - FOTO
Bütün Xəbərlər
18:56 31.01.2012
2345

Nik Santino qonşularının şikayətindən sonra Rokko adlı itinin öldürülməsinə icazə verib

Amerikalı serial aktyoru qonşularının “çox hürür” deyə şikayət etməsindən sonra itinin öldürülməsinə icazə verib. Sonra isə vicdan əzabına dözməyərək intihar edib. ABŞ-ın Nyu-York şəhərində yaşayan və “Gossip Girl” kimi seriallarda oynayan aktyor Nik Santino itinin çox hürməsindən şikayətlənən qonşularının təzyiqlərinə tab gətirməyərək Rokko adlı sevimli itinin öldürülməsinə icazə verib. Ondan sonrakı gün intihar edən Santino yazdığı məktubda törətdiyi əməli belə izah edib: “Dostuma xəyanət etdim”. Santino 47-ci doğum günündə evində ölü tapılıb. Həb ataraq intihar edən Santino yaxınlarına ünvanladığı məktubda bu cümlələri yazıb: “Bu gün ən yaxın dostuma xəyanət etdim və onu öldürdüm. Rokko mənə inanırdı, amma mən onu aldatdım. O, buna layiq deyildi”.

ANS PRESS

OXŞAR XƏBƏRLƏR