İtkin düşən 14 yaşlı internat şagirdi tapıldı - RƏSMİ

İtkin düşən 14 yaşlı internat şagirdi tapıldı -  RƏSMİ
Bütün Xəbərlər
14:47 19.01.2015
1101

Bəzi kütləvi informasiya vasitələrində Bakının Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbinin şagirdi Vəzir Həsənovun itkin düşməsi ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmayıb.

Bu barədə AZXEBER.COM-a Təhsil Nazirliyindən verilən rəsmi açıqlamada bidlirilir.

Məlum olub ki, yanvarın 5-də məktəbə qayıtmaq adı ilə atasının evindən çıxan Vəzir Kürdəmir rayonuna dayısıgilə gedib. Bir gün sonra dayısı bu barədə Vəzirin atasına xəbər verib.

İnternat məktəbindən verilən məlumata görə, VII sinif şagirdi Vəzirin atası Azər Həsənovun yazılı müraciəti əsasında dekabrın 25-də evə göndərilib. Tətil günlərini uşaq evdə ailəsi ilə birgə keçirib. Tətildən sonra böyük qardaşı Vəziri internat məktəbinə yola salıb. Lakin uşaq məktəb əvəzinə Kürdəmir rayonu Xəlsə kəndinə dayısının yanına gedib

Hazırda Vəzir valideynlərinin yanındadır. Atası uşağı özü internat məktəbinə gətirəcəyini bildirib.

Mətanət 

OXŞAR XƏBƏRLƏR