İtkin düşən neftçilərin axtarışları dayandırıla bilər

İtkin düşən neftçilərin axtarışları dayandırıla bilər
Bütün Xəbərlər
17:06 08.12.2015
2123
SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.
"Sabahdan etibarən hava şəraiti kəskin pisləşir və bu səbəbdən itkin düşən neftçilərin gəmilərlə axtarışı müvəqqəti dayandırıla bilər. Helikopterlərlə axtarışların aparılmasına dair qərarı Fövqəladə Hallar Nazirliyi verir".
Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
OXŞAR XƏBƏRLƏR