İtkin düşmüş Mingəçevir şəhər sakininin meyiti tapılıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində "Qarabağ" kanalının rayonun Mehdili kəndi ərazisindən keçən hissəsindən meyit tapılıb. Tapılmış meyitin martın 23-dən itkin düşmüş Mingəçevir şəhər sakini Bəkir Osmanov olduğu müəyyənləşdirilib.