İTV-nin əməkdaşı qəzada vəfat etdi - FOTOLAR

İTV-nin əməkdaşı qəzada vəfat etdi -  FOTOLAR
Bütün Xəbərlər
13:25 18.09.2013
5389

Ötən gecə Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlüNovruzov Samir Sabir oğluna məxsus "Nissan" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "Tofaş" markalı maşınla toqquşub. Nəticədə "Nissan" markalı avtomobilin mühərrik hissəsi yanmışdır. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində ölüb və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb. Yanğın saat 00:13-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Musavat.com-un əldə etdiyi məlumata görə, "Tofaş"ı İTV-nin bölgə müxbiriTural Bağırovidarə edib. O, əvvəllər ANS telekanalında da işləyib.

OXŞAR XƏBƏRLƏR