İTV qalmaqallı debatla bağlı açıqlama yaydı

İTV qalmaqallı debatla bağlı açıqlama yaydı
Bütün Xəbərlər
14:14 20.09.2013
1225
İctimai Televiziyada ötən prezidentliyə namizədlərin iştirakı ilə keçirilmiş qalmaqallı debatla bağlı açıqlama yayıb.İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda deyilir:"19 sentyabr 2013-cü ildə İctimai Televiziyada keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlərin təşviqatına həsr edilmiş dəyirmi masada, qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli təşviqat üçün ayrılmış efir vaxtından istifadə edərək, digər həmkarına cavab verib, sonra isə əsassız şəkildə yenidən vaxt tələb edib.”Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymamış, çıxışını davam etdirmişdir. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə etmiş və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməmişdir. Beləliklə o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə etmişdir. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə.Sonda Dəyirmi Masanın müddəti proqramda nəzərdə tutulduğundan xeyli artıq çıxmışdır. Onu da vurğulayaq ki, efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə pislənilir. Bunu İTV-nin elektron poçtuna gələn məktublar və tamaşaçı və dinləyici zəngləri də təsdiqləyir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO