İvanovkada turizm canlanır – Kənd üçün yeni plan hazırlanır

İvanovkada turizm canlanır – Kənd üçün yeni plan hazırlanır
SOSİAL
12:21 07.10.2026
157
"Turizmin inkişafına dair 2026–2030-cu illər Dövlət Proqramında regionların və turizm məhsullarının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə Dövlət Turizm Agentliyinin turistik kənd konsepsiyası hazırlanıb və respublika üzrə səkkiz kənd seçilib”.

Bu sözləri Dövlət Turizm Agentliyinin Mədəni irsin idarə olunması sektorunun müdiri Rüstəm Mehtizadə deyib.

O bildirib ki, İsmayıllı rayonunun İvanovka kəndi də turistik kənd kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, layihənin məqsədi kəndə turist cəlb etməklə yanaşı, turizmdən əldə olunan gəlirin birbaşa yerli icmalara yönəlməsinə şərait yaratmaqdır. Hazırda kənddə bərpa və quruculuq işləri üzrə layihələndirmə aparılır.

Layihə çərçivəsində turistlərə qonaqlama, yerləşmə və qidalanma xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Bu xidmətlərin yerli icma tərəfindən təqdim edilməsi icma əsaslı turizmin inkişafına təkan verəcək.

Rüstəm Mehtizadə qeyd edib ki, kənd qonaq evlərinin sahibləri üçün xidmət keyfiyyətinin artırılmasına dair təlimlər də keçirilir. Təlimlərdə turistlərin qarşılanması və yola salınması, onlarla davranış qaydaları, eləcə də xarici dil biliklərinin artırılması nəzərdə tutulur.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR