Çiyələk yarmarkası keçirildi

Çiyələk yarmarkası keçirildi
Bütün Xəbərlər
10:11 20.06.2013
2698

Bərdə rayonunda çiyələk yarmarkası təşkil olunub.

EL TV-nin məlumatına görə, rayon mərkəzində keçirilən yarmarkada məhsuldar çiyələk növünün müştərilərə tanıdılması və satışı baş tutub. 

Yerli fermerlərin becərdikləri və yarmarkaya çıxarılan çiyələk növü 2 il öncə OXFAM Beynəlxalaq Humanitar Təşkilatının xətti ilə Azərbaycana gətirilib. Pilot layihəyə Bərdə rayonunun Qayalı və Şahvəllər, Tərtər rayonunun İrəvanlı və Seyidimli kəndlərindən olan 40-a yaxın fermer cəlb edilib.

Fermerlərə təklif olunan çiyələk növü həm öz təravətini itirməməsi, həm də bir neçə gün ərzində davamlılığını saxlaması ilə seçilir. Yarmarka pilot layihə çərçivəsində əldə edilən nəticələri əhaliyə təqdim etmək məqsədi ilə təşkil edilib. Müştərilər satışa çıxarılan məhsulun qiyməti və keyfiyyətindən məmnunluqlarını dilə gətiriblər. Fermerlər bildiriblər ki, yerli sortlardan fərqli olaraq, yeni çiyələyin üstün cəhəti onun bir neçə ay ərzində davamlı məhsul verməsidir. Təşkilatçıların bildirdiyinə görə, yarmarkada 1 ton 200 kiloqram çiyələk satılıb.

OXŞAR XƏBƏRLƏR