Jalə Əliyeva: "Rəşid Behbudovun, Şövkət Ələkbərovanın mahnılarını bu gün də sevə-sevə dinləyirəm"

Jalə Əliyeva: "Rəşid Behbudovun, Şövkət Ələkbərovanın mahnılarını bu gün də sevə-sevə dinləyirəm"
Bütün Xəbərlər
11:29 28.09.2011
1570
“Gənc yaşlarında muğama qulaq asa bilməz, sanki sıxılardım. Amma yaşa dolduqca bu hiss tamamilə çəkildi. İndi muğama saatlarla qulaq assam belə, yorulmaram. Muğamın vurğunuyam. Milli musiqimizi dinləməyi çox sevirəm. Xalq mahnıları, milli rəqslərimiz də diqqətimdən kənarda qalmır. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın mahnılarını bu gün də sevə-sevə dinləyirəm. 
Hazırki müğənnilərdən isə xüsusi pərəstiş etdiyim kimsə yoxdur. Elə müğənnilər var ki, reperturarından bir-iki mahnı xoşuma gəlir, amma digər mahnıları yox. Buna görə də konkret ad deməkdə, kimisə fərqləndirməkdə çətinlik çəkirəm” bu sözləri Qaynar.info xəbər portalına açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. 
OXŞAR XƏBƏRLƏR