Şəkidə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, dekabrın 1-də saat 18:00 radələrində Şəki rayonu ərazisində Zaqatala rayon sakini Fərid İbrahimovun idarə etdiyi “Ford” və Qax rayon sakini Cümşüd Balıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
C.Balıyev və sərnişinlərindən Qax rayon sakinləri Əhməd Hacıyev, Sevinc Muradova ölüb.
Bundan başqa Sevda Şərifova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.