“Jiquli” “Ford”la toqquşdu: üç nəfər yerindəcə keçindi

“Jiquli” “Ford”la toqquşdu: üç nəfər yerindəcə keçindi
Bütün Xəbərlər
17:09 02.12.2013
818

Şəkidə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, dekabrın 1-də saat 18:00 radələrində Şəki rayonu ərazisində Zaqatala rayon sakini Fərid İbrahimovun idarə etdiyi “Ford” və Qax rayon sakini Cümşüd Balıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

C.Balıyev və sərnişinlərindən Qax rayon sakinləri Əhməd Hacıyev, Sevinc Muradova ölüb.

Bundan başqa Sevda Şərifova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR