“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir

“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
İQTİSADİYYAT
16:48 25.04.2025
755

"JTI Caucasus” şirkəti, "JT Group”-un ən yeni və qabaqcıl "Ploom X Advanced” tütün qızdırma sisteminin Azərbaycanda satışa çıxarıldığını elan edir. "Ploom X” cihazı Bakıda seçilmiş satış nöqtələrində və onlayn www.ploom.az vebsaytında təqdim olunacaq.

"Azərbaycanda Ploom-un təqdimatı JTI şirkətinin istehlakçılarımızın dəyişən ehtiyac və gözləntilərinə uyğun innovativ məhsullara investisiya qoymağa sadiqliyini nümayiş etdirir. Biz, az riskli məhsullar sahəsində yolun əvvəlindəyik və qızdırılan tütün kateqoriyasında mövcudluğumuzu genişləndirmək üçün iddialı planlarımız var. Azərbaycan, Qafqaz regionunda bu kateqoriyaya daxil olan ilk ölkədir və bu, bizim üçün əlamətdar bir hadisədir. Məqsədimiz istehlakçılarımız üçün dəyərli anlar yaratmaqla yanaşı, onların və fəaliyyət göstərdiyimiz cəmiyyətin daha yaxşı gələcəyinə töhfə verməkdir”, deyə "JTI Caucasus” şirkətinin baş direktoru Sergey Buksa bildirib.

Azərbaycan "Ploom” cihazını təqdim edən regionun ilk ölkəsidir. Bu təqdimat Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya, Litva, İsveçrə, Polşa, Macarıstan, Rumıniya, İspaniya və digər ölkələrdə uğurla həyata keçirilən təqdimatlardan sonra baş tutur. "JT Group” 2025-2027-ci illər ərzində əsasən tütün qızdırma sistemləri kateqoriyasında olmaqla, dünya üzrə Az Riskli Məhsullar sahəsinə təxminən 650 milyard yapon yeni məbləğində sərmayə qoymağı planlaşdırır.

Yaponiyadan qabaqcıl texnologiya

"Ploom X Advanced” cihazı şirkətin texnoloji irsini əks etdirir.  HeatFlow™ texnologiyası sayəsində cihaz saniyələr ərzində optimal istilik paylanmasını təmin etməklə yanaşı, tüstüsüz və külsüz daha zəngin təcrübə təqdim edir. Tütün çubuqları isitmə elementi ilə birbaşa təmasa keçmədən, istilik hava axını vasitəsilə ötürülür.

Zərif dizaynı ilə seçilən Ploom X Advanced görünən düymə olmadan hazırlanıb və innovativ "IntuiTouch” sistemi ilə idarə olunur. LED indikatorlar vasitəsilə cihazın istifadəyə hazır olması, batareyanın şarj səviyyəsi və digər göstəricilər aydın şəkildə əks etdirilir.

"Ploom X Advanced” cihazı ilə qısa tanışlıq

· Uzunmüddətli sessiyalar: "Ploom X Advanced” cihazı ilə istifadəçilər 5 dəqiqəlik sessiya ərzində istənilən qədər təcrübə yaşaya bilərlər. 

·  Asan istifadə və etibarlılıq: Tam şarj olduqda cihazın batareyası 20-dən çox çubuq istifadə imkanı yaradır və USB-C vasitəsilə asanlıqla enerji ilə təmin edilir. 

· Unikal dizayn: "Ploom X Advanced” cihazı öz orijinal, praktik və kompakt dizaynı ilə seçilir. İstehlakçılar müxtəlif rənglər və aksesuarlar arasından seçim edərək fərdiliklərini ifadə edə bilərlər. 

· Müxtəlif tütün qarışıqları: "Sobranie” markalı xüsusi çubuqlar unikal ActivBlend™ və HeatFlow™ texnologiyaları sayəsində intensiv və orijinal tütün təcrübəsi təqdim edir. 

Əlavə məlumat üçün əlaqə:

JTI Azerbaijan

Korparativ Əlaqələr və Kommunikasiya   

+994 512307817

[email protected]

"JT” Şirkətlər Qrupunun üzvü olan "JTI” dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün şirkətidir. Şirkət "Winston” və "Camel” kimi dünya üzrə ikinci və üçüncü ən böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara "MEVIUS” və "LD” daxildir. "JTI” həmçinin "Ploom” qızdırılan tütün cihazı, "Logic” veypinq cihazı və "Nordic Spirit” nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən şirkətin 46,000-dən çox əməkdaşı var və 2025-ci ildə ardıcıl olaraq on birinci dəfədir ki, "Qlobal Ən Yaxşı İşəgötürən” ("Global Top Employer”) adına layiq görülüb. Ətraflı məlumat üçün: www.jti.com.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı