Jurnalist Əhmədi Nejatın qarşısında çadrasını atdı

Bütün Xəbərlər
16:51 18.03.2011
1906

Lakin bu müsahibə onun açıqladığı fikirlərlə yox, fərqli tərəfdən yadda qalıb. Belə ki, Tehranda prezidentin iqamətgahında baş tutan müsahibə zamanı qadın jurnalistin çadrası düşüb.

Bu zaman Əhmədi Nejad sözünü kəsmədən davam edib və onun köməkçiləri də heç bir müdaxilə etməyiblər. Jurnalist isə daha başını örtməyib və müsahibəni çadrasız davam etdirib. 

Baş verən bu hadisələr İrandakı bəzi mühafizəkarları ayağa qaldırıb.Onların bəziləri müdaxilə etmədiyi üçün prezident və onun köməkçilərini günahlandırıblar. Bəziləri isə jurnalistin bilərək başını açdığını deyərək onu həyasız adlandırıblar.

Ana Pastora isə baş örtüsünü bilərək açmadığını, bütün fikrini müsahibəyə verdiyindən çadranın düşdüyünü hiss etmədiyini deyib. 

Sosial şəbəkələrdə bu davranışına görə tərəfdarları jurnalisti qəhrəman adlandırıblar.

 

OXŞAR XƏBƏRLƏR