O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur
Jurnalist Fərəməz Novruzoğlu dünən gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi əməliyyatı nəticəsində həbs edilib.
Jurnalist Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu yolu ilə pul tələb etmə) və 182.2-ci (Eyni əməlləri təkrar törədərək qrup şəklində şantaj və hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə ittiham olunur.
Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir. (publika.az)