"Jurnalist" qəzeti fəaliyyətə başladı

GƏNCLİK
19:07 21.04.2011
2329
4 səhifədən ibarət olan qəzet ayda iki dəfə olmaqla,bir neçə qəzetin içində ayrıca qəzet kimi nəşr olunur. Bu sahədə bizə 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, ”Şərq”qəzetinin baş redaktoru Akif Aşırlı yaxından köməklərini göstərirlər. Belə ki,hər iki qəzet “Jurnalist”i öz içərisində əlavə qəzet kimi çap etməyə razı olublar.Necə deyirlər, “Qəzetin içində qəzet”.Bizim qəzet də hələ yenicə addımlamağa başladığı üçün “525” və “Şərq” onun əlindən tutur. Bu köməkliklərinə görə Rəşad Məcidə,Akif Aşırlıya təşəkkürümüzü bildiririk. Bunu da qeyd edək ki,”Üç nöqtə” qəzeti də öz köməyini təklif edib.

Qəzetimizin baş redaktoru Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi Könül Niftəliyeva, redaktoru isə fakültənin 3-cü kurs tələbəsi, ”Gənc Reportyorlar” klubunun sədri Məmməd Ağayevdir. Onu da qeyd edək ki ,redaksiya üzvlərinin böyük bir qismini də elə “Gənc Reportyorlar” klubunun üzvləri təşkil edir. Hər saydan əvvəl redaksiya heyəti bir yerə yığışıb məsləhətləşir, növbəti buraxılışda hansı mövzuların qoyulacağı, hansı problemlərə toxunulacağı haqda danışırlar. Mövzular paylanılır və iki gündən sonra yazılar təhvil verilir. Təbii ki, bəzən gecikmələr də ola bilir. Nə də olsa, biz tələbə-jurnalistlərik.


Ülkər Eldarqızı

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi  

OXŞAR XƏBƏRLƏR