Jurnalist-QHT Koalisiyası seçicilərlə görüşdü

Jurnalist-QHT Koalisiyası seçicilərlə görüşdü
MEDIA
17:40 03.10.2013
1298

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində növbəti görüşlərini Lənkəran və Xaçmaz şəhərlərində keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbirlərdə çıxış edən “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə rəhbərlik etdiyi alyansın məqsəd və vəzifələri barədə məlumat verib. S.Verdizadə jurnalistlərin cəmiyyətin aktiv hissəsi olduqlarına diqqəti yönəldib, bu peşə sahiblərinin ayrı-ayrı vətəndaş qrupları ilə təmaslarının önəmini vurğulayaraq 9 oktyabr prezident seçkisini xalqın iradəsindən asılı olan proses kimi dəyərləndirib. Bu iradənin nümayişi ölkədə baş verən prosesləri görmək, onlardan düzgün nəticə çıxarmaq məsuliyyətini ön plana çıxarır. “Jurnalist-QHT Koalisiyası olaraq bizim istəyimiz budur ki, insanlar seçkiyə getsinlər və iradələrini ortaya qoysunlar, vətəndaşlıq borclarını yerinə yetirsinlər, seçdikləri namizədə səs versinlər. Onların düzgün seçimlərindən bu ölkənin və onun hər bir insanının gələcək taleyi asılıdır. Elə bilirəm ki, sizlər də seçkinin məsuliyyət yükünü məhz bu cür dəyərləndirirsiniz. Hamınızı seçkidə fəal iştiraka dəvət edirəm” deyən S.Verdizadə prezident müxtəlifə sərəncamlarının, eləcə də ümumilikdə dövlət siyasətinin seçkinin azad, ədalətli və şəffaf təşkili üçün hüquqi baza rolunu oynadığını vurğulayıb.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komistəsinin icraçı direktoru Əvəz Rüstəmov isə çıxışında bildirib ki, seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün ona vətəndaş cəmiyyətinin nəzarəti mütləqdir. Media təkcə seçki prosesini işıqlandırmır, eyni zamanda vətəndaşlar arasında fəal maarifləndirici rol oynayır. «Seçki hüququ insanların təməl hüquqlarındandır. Yəni bizlər seçkidə iştirak etməklə, müəyyənləşdirdiyimiz namizədə səs verməklə özümüzün təməl hüquqlarımızdan istifadə etmiş oluruq. Bu hüquqlardan istər Azərbaycan, istərsə də beynəlxalq qanunvericilikdə kifayət qədər geniş bəhs edilir”. Ə.Rüstəmov seçkidə iştirakın həm də mühüm siyasi mədəniyyət nümunəsi olduğunu vurğulayıb.

Tanınmış jurnalist Etibar Cəbrayıloğlu isə 70 illik imperiya əsarətini yaşamış Azərbaycanda uzun müddət seçki ənənəsinin olmadığına diqqət çəkib. «Şübhəsiz, burada toplaşmağımız da seçki fəallığının təminatına yönələn addımlardan biridir. Müzakirələr nəticəsində ortaq mənafe və baxışlarımızı müəyyənləşdiririk, fikir və

düşüncələrimizi qətiləşdiririk. Hesab edirəm ki, belə formatlı toplantılarda səslənən hər bir fikir ümumən vətəndaş cəmiyyəti quruculuğuna dəstəyin nümunəsidir».

Demokratik Jurnalistlər Liqasının sədr müavini Malik Bayramov sivil cəmiyyət quruculuğu mərhələsinin mühüm atributu olan demokratik seçki prosesində bütün təbəqələrin aktiv rol oynamasının vacibliyini önə çəkib. Medianın mövcud xüsusda bir növ katalizator kimi çıxış etdiyini deyən M.Bayramov eyni zamanda bildirib ki, görülən işlərin vətəndaşlar içərisində adekvat qarşılandığını görmək effektivliyin təminatı baxımından zəruridir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı