“İRƏLİ” “Yeni Media Akademiya” iştirakçılarına müxtəlif sahələr üzrə həm nəzəri, həm də praktik dərslərin keçirilməsi davam edir. Gənc jurnalistlər nəzəri biliklərini praktikayla daha da mükəmməlləşdirirlər.
Layihənin xanım iştirakçıları “Protokol Jurnalistika” dərsində “Burla Xatun” geyim mağazasının qonağı olublar. “Protokol Jurnalistika” üzrə təlimçi Kövsər Orucova iştirakçılara ziyafət, gündəlik və jurnalistin iş geyiminin necə olmasını əyani olaraq göstərib. O, jurnalistin hansı geyimlərə üstünlük verməsi barədə danışıb və layihə iştirakçılarına tövsiyyə edib ki, geyim seçimi edərkən diqqətli olsunlar.
İştirakçılar təlimçinin məsləhəti ilə müxtəlif tərzdə geyimlər seçiblər. Eyni zamanda, təlimçi xanım iştirakçıların geyimi, ona uyğun çanta və aksessuar seçimi ilə bağlı suallarını cavablandırıb və əlavə edib ki, gələcəyin jurnalisti olaraq geyimlə bağlı protokol qaydalarına ciddi əməl edilməlidir. Geyimlər xüsusi ilə məkan və tədbirə uyğun seçilməlidir.
Qeyd edək ki, layihə iştirakçıları bundan öncə də bir çox görüşlər keçirib və praktik qabiliyyətlərini artırıblar.










































