Jurnalist Ruslan Bəşirlinin avtomobilini vurdular – Polis isə cəriməni zərərçəkənə yazdı

Jurnalist Ruslan Bəşirlinin avtomobilini vurdular – Polis isə cəriməni zərərçəkənə yazdı
SOSİAL
17:42 04.07.2018
6611

Bu gün səhər saatlarında Avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli şəxsi avtomobili ilə Neftçilər xəstəxanasından Yusif Səfərov küçəsinə (Xətainin heykəli olan küçə) çıxarkən "Mercedes” markalı maşın onun avtomobilini vurub.

Ruslan Bəşirli dönmə hərəkəti edərkən "Mercedes” markalı avtomobilin sürücüsü  onun yolunu çıxaraq, yol hərəkətini kobud şəkildə pozaraq, onun avtomobilini vurub.

Ruslan Bəşirli deyir ki, Xətainin heykəlinin yanından dönmə hərəkəti edərək geri qayıtmaq istəyirmiş: "Bu səbəbdən də avtomobili yolun 2-ci zolağı ilə idarə edirdim. Elə təzəcə dönürdüm ki, 1-ci zolaqdan "Mercedes” markalı bir avtomobil sürətlə düz xətti üzrə hərəkət etdi. Yəni "Mercedes” dönmə hərəkəti deyil, qanunsuz olaraq Cavanşir körpüsü istiqamətinə hərəkət edirdi. Qısası, mənim dönmə etdiyim yolda qarşıma çıxdı, nəticədə qəza baş verdi. Mənim də onun da avtomobili əzildi”.

Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları gəlib. R.Bəşirlinin sözlərinə görə, yol polisi əməkdaşlarından sonra "Mercedes” sürücüsünün qohum-əqrabası gəldi, mübahisə etməyə başlayıb, təqsirin onda olduğunu bildiriblər: "Mən də dedim ki, yol polisi gəlib araşdıracaq. Hayküyə ehtiyac yoxdur. Bunun qohumlarından biri başladı ki, mən polisdə işləmişəm, hamı məni tanıyır. Bu adam telefonu götürüb başladı müxtəlif yerlərə zəng etməyə. Sığorta da gəldi yazdı pozdu. Mən də Vaqif Əsədova zəng etdim ki, belə bir hadisə baş verib. Xahiş edirəm, tapşırın düzgün araşdırsınlar. O da dedi ki, narahat olma. Bakı Şəhər Yol Polisi idarəsində 17-ci otaqda bizi qəbul etdilər. Mən içəri girən kimi burada olan 3 yol polisi əməkdaşı başlasdılar ki, təqsir səndədir. Deyirəm, ay yoldaş, mən dönmə hərəkəti edəndə bu mersedes sürücüsü mənim qarşıma çıxıb, dönmə hərəkəti olan palasada maşını düz xəttlə idarə edib. Bu adamın heçmi təqsiri yoxdur? Deyirlər ki, düzdür, o qayda pozuntusu edib, amma təqsir səndədir). Deyirəm, kamera görüntülərinə baxmısınızmı? Deyirlər, yox. Qısası, mənə cərimə yazdılar, avtomobilimi də özüm təmir etdirməliyəm. Amma izahatımda nə qədər dirənsələr də onların istədiyi kimi yazmadım. Xahiş edirəm, bilənlər yazsınlar. Mənim təqsirim yoxdursa və mənə qanunsuz olaraq cərimə yazılıbsa, bu işi edən yol polislərini işdən qovdurancaya qədər əl çəkməyəcəm. Bütün dövlət qurumlarına müraciət edib məsələni ictimailəşdirəcəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir