Jurnalist Vəfa Nağı məhkəmənin qərarından narazıdır

Jurnalist Vəfa Nağı məhkəmənin qərarından narazıdır
Bütün Xəbərlər
09:30 06.09.2012
3403
Bu gün (05 sebtyabr) Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə jurnalist Vəfa Nağıya (Nağıyeva) fiziki təzyiq göstərmiş Samir Mustafayevə qarşı CM-nin 221-ci (xuliqanlıq)  maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə prosesi keçirilib. Prosesdə ittihamçı Vəfa Nağı, onun nümayəndəsi Xalid Bağırov, cavabdeh Samir Mustafayev, vəkili Mahir Quliyev, dövlət ittihamçısı Ceyhun Kazımov iştirak ediblər.Məhkəmədə ifadə verən hal şahidləri Ramil İbrahimov və Ceyhun Kazımov hadisənin baş verdiyi anda orda olduqlarını, Samir Mustafayevin  jurnalistə təzyiq göstərmədiyini deyiblər. Samir Mustafayev ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bilərək jurnalisti döymədiyini iddia edib.Jurnalist Vəfa Nağı səslənən fikirlərin doğru olmadığını, Samir Mustafayevin  nalayiq təhqirlərinə və fiziki hücumuna  məruz qaldığını məhkəməyə bildirib.Prokuror təqsirləndirilən şəxsə altı ay azadlıqdan məhrumetmə cəzası istəyib. Hakim Samir Mustafayevin 6 ay islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb.Jurnalist məhkəmənin qərarından narazıdır və çıxarılmış  hökmdən apellyasiya şikayəti verəcək.
OXŞAR XƏBƏRLƏR