Jurnalist yeni brendini yaratdı - FOTOLAR

Jurnalist yeni brendini yaratdı - FOTOLAR
SOSİAL
15:09 25.05.2026
432
Tanınmış jurnalist Arifə Əliyeva fəaliyyət sahəsini genişləndirərək moda və dizayn istiqamətində yeni layihəsini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, onun yaratdığı "ARİFA” brendi artıq "Xurcun” adlanan ilk kolleksiyası ilə diqqət çəkməyə başlayıb.

Arifə Əliyeva bizimlə söhbətində bildirib ki, kolleksiyanın əsas ideyası Azərbaycan milli ornamentlərini müasir gündəlik dəbə daşımaqdır:

"Dizaynlarda XII əsr Qərb xalçaçılıq məktəbinin ornamentlərindən istifadə etmişik. İstədik ki, insanlar sadəcə geyim almasın, həm də onun üzərindəki simvolların tarixini və mənasını hiss etsinlər. Bu səbəbdən hər məhsulun çantasına ornamentlərin izahı ilə bağlı xüsusi açıqcalar yerləşdirmişik. Mənim üçün bu layihə sadəcə moda deyil, milli irsin müasir təqdimatıdır”.

O bildirib ki, kolleksiya artıq ölkənin tanınmış simalarının da marağına səbəb olub:

"İlk gündən çox maraqlı reaksiyalar alırıq. Xüsusilə iş xanımı Ruhi Əliyeva kolleksiyaya böyük maraq göstərdi. O, məhsullardan seçim edərək hər modeldən iki ədəd aldı və bunu sosial şəbəkə hesabında paylaşdı. Bu da bizi daha da motivasiya etdi. Sevindirisi haldır ki, Dünya Şəhərsalma Forumu ilə əlaqədar Azərbaycana gələn əcnəbilər də layihəmizə böyük maraq göstərdi və "Xurcun” kolleksiyasına aid məhsullardan aldı”

Arifə Əliyeva diqqət çəkən başqa bir məqama da aydınlıq gətirib. Belə ki, "Xurcun” kolleksiyasını ictimaiyyətə təqdim edən model də məhz özü olub. O deyib ki, bu seçim təsadüfi deyil:

"Bu layihə mənim öz ideyamdır və mən ona bütün varlığımla bağlıyam. Hiss etdim ki, bu kolleksiyanı ən doğru şəkildə yenə də özüm təqdim edə bilərəm. Çünki burada sadəcə geyimdən söhbət getmir, hər ornamentin, hər detalın bir ruhu və hekayəsi var. Onu təqdim edən insan da bunu daxilən hiss etməlidir. Mən istəyirdim ki, insanlar geyimlə yanaşı, həmin duyğunu da görsünlər”.

Arifə Əliyeva yaxın günlərdə layihənin geniş təqdimatının keçiriləcəyini də açıqlayıb:

"Hazırda bəzi texniki məsələlərin tamamlanmasını gözləyirik. Ardınca "ARİFA" brendinin və "Xurcun" kolleksiyasının geniş təqdimatı baş tutacaq. Bununla bağlı xüsusi videoroliyimiz də artıq hazırdır. Çox yaxın zamanda ictimaiyyətə təqdim ediləcək”.

Brend rəhbəri qeyd edib ki, "ARİFA” yalnız bir kolleksiya ilə məhdudlaşmayacaq:

"Bu, başlanğıcdır. Qarşıdakı dövrdə yeni kolleksiyalar təqdim olunacaq. Məqsədimiz Azərbaycan ornamentlərini və milli estetik elementləri fərqli konseptlərlə yaşatmaq və onları beynəlxalq moda dilinə daşımaqdır”.

Sonda qeyd edək ki, Arifə Əliyeva yalnız media və biznes sahəsindəki fəaliyyəti ilə deyil, şəxsi inkişafına verdiyi önəmlə də diqqət çəkir. O, yaradıcılıq və sahibkarlıq fəaliyyətini davam etdirməklə yanaşı, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alaraq bilik və peşəkar bacarıqlarını daha da inkişaf etdirir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
20:21 31.10.2026
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır