Jurnalistə silahlı hücum olub

Bütün Xəbərlər
19:41 22.11.2010
2063

Bir neçə saat öncə, İnquşetiyanın paytaxtı Nazran şəhərində jurnalistə qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxslər “Serdalo” qəzetinin baş redaktoru Xusen Şadiyevin avtomobilinə avtomat silahdan atəş açıb. Nəticədə baş redaktor yaralanıb. O, respublika klinik xəstəxanasına yerləşdirilib. 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. //Ans Press

OXŞAR XƏBƏRLƏR