Jurnalisti döyüb, öldürənlərin kimliyi və videosu məlumdur - VİDEO

Jurnalisti döyüb, öldürənlərin kimliyi və videosu məlumdur - VİDEO
Bütün Xəbərlər
14:08 09.08.2015
11176
Döyüldükdən sonra dünyasını dəyişən jurnalist Rasim Əliyevin üzləşdiyi zorakılıq faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Musavat.com-un əməkdaşı xəbər verir ki, bu barədə jurnalistin atasına Səbail payon prokurorunun köməkçisi Əhməd Məmmədov deyib. Prokuror köməkçisi bildirib ki, jurnalistin döyülməsini əks etdirən videogörüntülər artıq əldə edilib.
Prokuror köməkcisimərhum jurnalistin ailə üzvlərinə onu deyib ki, R.Əliyevi döyərək, ona ağır xəsarətlər yetirən şəxslərdən bir necəsinin kimliyi də artıq məlumdur.
Və hüquq-mühafizə orqanları hazırda həmin şəxslərin həbs olunması istiqamətində əməliyyata başlayıblar.
OXŞAR XƏBƏRLƏR