Jurnalistika fakültəsinın qadın əməkdaşlarına sürpriz

GƏNCLİK
18:42 04.03.2011
2358
Dekan, professor Yalçın Əlizadə fakültənin xanım əməkdaşlarını bayram münasibətilə təbrik etdi, hər birinin ünvanına xoş sözlər dedi. Professor son illər fakültənin qadın müəllimlərinin elmdə, təhsildə əldə etdikləri uğurlardan danışdı, onlara xoşbəxtlik, ailə səadəti arzuladı.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, dekan müavini Əli Hacıyev, müəllimlər - Ağamusa Zeynalov, Məmmədismayıl Mehdiyev, Vüqar Əliyev də bu gözəl bayram münasibətilə xanımları təbrik etdi, şəxsi və iş həyatlarında uğurlar arzuladılar.

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR